1.1. “Ocaq Express MMC” Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq www.ocaq.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.
1.2. Müştərinin “Ocaq.az” saytında qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.ocaq.az saytında həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.
1.3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik deyil.
1.4. İcraçı hazırkı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.ocaq.az saytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini götürür.
1.5. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır.
2. Xidmətlərin təsviri
2.1. İcraçı Müştəriyə sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən müstəqil ödənişi aparılmış malların alınması üçün şirkətin müxtəlif ölkələrdə yerləşən, anbar ünvanının Müştəriyə təqdim edilməsi üzrə xidmətlər göstərir. Hazırkı Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin əldə etdiyidir, Azərbaycana göndərilməsi üçün bağlanmış olan mal – Bağlama.
2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.
2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.
2.5. Daşıyıcı şirkət (Ocaq Express MMC) müştərini yeniliklər və dəyişiklər haqqında məlumatları 10 gün öncədən, instagram səhifəsində, mobil tətbiqdə bildiriş formasında və saytda ön səhifədə paylaşım edir.
3. Sifarişin rəsmiləşdirilməsi
3.1.Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.
3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.
3.3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (Ocaq Express MMC-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda Ocaq Express MMC heç bir məsuliyyət daşımır.
3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.
3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək ( anbarda saxlanılması qadağan olan məhsullar istisna ) , çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir. Mal yalnız alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur. Bağlamanın “Anbara çatdırılıb” statusu təvhil alanın imzası mövcud olmadan düzgün kimi nəzərdən keçirilə bilməz.
3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin www.ocaq.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir.
3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti anbarın yerləşdiyi ölkəyə uyğun olaraq dəyişir. Adətən bu anbardan göndərilməsi anından etibarən 4-5 iş günü təşkil edir.
3.10. Nəqletmənin qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.
3.11. Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı Müştərini müvafiq bildirişin Müştərinin www.ocaq.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsilə malı almağın mümkünlüyü haqqında xəbərdar edir. Müştərinin malının anbarda saxlanması müddəti 15 təqvim günü təşkil edir. Saxlanmanın başlanğıcı malın İcraçının Azərbaycandakı anbarına daxil olduğu gün hesab edilir. Müştəri tərəfindən həmin malın alınmaması halında Azərbaycandakı anbara malın daxil olmasından 45 gün keçdikdən sonra İcraçı Müştəriyə əlavə bildiriş göndərmədən malı utilləşdirmək hüququna malikdir.
3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, müştərinin şəxsiyyət vəsiqəsini təqdim etsin.
3.13. Müştərinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də İcraçıya iradlarının olmaması faktı Bağlamanın qaiməsindəki və ya elektron lövhədəki imza ilə təsdiq edilir. 3.14. Müştəri Türkiyə anbarının ünvanını yalnız Türkiyə Cumhuriyətində yerləşən onlayn mağazaların saytında qeyd edə bilər. Digər ölkədən Türkiyə depomuzun ünvanını tranzit ünvan kimi istifadə etmək qadağandır. Belə hallar yarandığında sifariş etdiyiniz mal və ya bağlama Azərbaycana göndərilmir və 10 gün müddətində sizin Türkiyə deposundan almanınızı gözləyir. Müddət bitdikdə utilitizasiya olunacaq.
3.15. Qərarlara əsasən vətəndaşlar eyni və eynicinsli məhsuldan 2 dənədən artıq olmamaq şərtilə sifariş verə bilərlər. Eynicinsli məhsuldan 2 dənədən çox sifariş edilməsi kommersiya məqsədi kimi nəzərə alınır və bu məhsullar üçün gömrük rüsumu alınır.
4. Müştərinin vəzifələri
4.1. Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.
4.2. Müştərini İcraçını tələb edilən xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır.
4.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.
4.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.ocaq.az şəxsi hesabında izləmək öhdəliyini götürür.
4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.
4.6. Bağlamanın alınması anında bağlamanın qaiməsində imza etmək . 4.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internet mağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək.
4.8. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları w