1.1. “Ocaq Express MMC” Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq www.ocaq.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.
1.2. Müştərinin “Ocaq.az” saytında qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.ocaq.az saytında həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.
1.3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik deyil.
1.4. İcraçı hazırkı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.ocaq.az saytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini götürür.
1.5. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır.
2. Xidmətlərin təsviri
2.1. İcraçı Müştəriyə sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən müstəqil ödənişi aparılmış malların alınması üçün şirkətin müxtəlif ölkələrdə yerləşən, anbar ünvanının Müştəriyə təqdim edilməsi üzrə xidmətlər göstərir. Hazırkı Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin əldə etdiyidir, Azərbaycana göndərilməsi üçün bağlanmış olan mal – Bağlama.
2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.
2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.
2.5. Daşıyıcı şirkət (Ocaq Express MMC) müştərini yeniliklər və dəyişiklər haqqında məlumatları 10 gün öncədən, instagram səhifəsində, mobil tətbiqdə bildiriş formasında və saytda ön səhifədə paylaşım edir.